Şura sədri: "Özəl kanalların arxasınca getməsinlər”

Şura sədri: "Özəl kanalların arxasınca getməsinlər”

"Serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

O, qeyd edib ki, serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdır: "Çünki dövlət biznesi yox, birbaşa cəmiyyətin maraqlarını ifadə edən serialların ortaya qoyulması üçün vəsait ayırır. Qeyd edim ki, ssenarilərin seçilməsində xüsusi problemlər var. Təəssüf ki, seriallarda əsas məsələ xəyanət, intiqam və ya iş adamı, onun ətrafında olan kriminal dəstə üzərində qurulur".

Şura sədri qeyd edib ki, indiki mərhələdə əvvəlkindən fərqli olaraq serialların keyfiyyətinə önəm veriləcək: "Əvvəlki mərhələ hazırlıq prosesi idi. Bu dəfə daha çox keyfiyyət məsələsinə fikir veriləcək. Adətən bu məsələlər ilə bağlı özəl kanallar daha çox tənqid olunur. Bu kanallar daha çox biznes maraqları üzərində yaranıblar və reklam üzərində qurulublar. Amma dövlət büdcəsindən vəsait ayrılan kanallar gərək bu məsələdə daha fəal olsunlar, özəl kanalların arxasınca getməsinlər".

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə