İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər seçilir. Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Şuranın səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlər tövsiyyə olunub. Namizədlər idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən tövsiyyə olunub.
Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov iclasda bildirib ki, idman federasiyaları tərəfindən Azərbaycan Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Ağayeva Validə Eldar qızı, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udi Xristian dini icmasının sədri Mobili Robert Baqratoviç, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı, Azərbaycan Yazıçılar Birliyindən Ələddinov Rafiq Səməndər oğlu, Rəssamlar İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu tövsiyyə olunub. O qeyd edib ki, namizədlərə 6 illik səlahiyyət verilir.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli iclasda bildirib ki, tövsiyyə olunan şəxslər öz sahəsində kifayət qədər tanınan şəxslərdir. O qeyd edib ki, mənəvi dəyərlərin qorunmasında İctimai Televiziyanın üzərinə daha çox məsuliyyət düşür: "Televiziyaların musiqi departamentinin fəaliyyəti bizi ən çox narahat edən məsələdir. Düşünürəm ki, musiqinin bərbad olmasına özəl telekanallar səbəb olub. Hər kanalda musiqi departamentində rəhbərlik edən şəxs öz marağına uyğun musiqilər təqdim edir. Dövlət tərəfindən vəsait ayrılır. Keçən il ayrılan vəsaiti hazırlıq dövrü kimi qiymətləndirirəm. Bu dəfə isə hər şey keyfiyyətə xidmət edəcək".
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB