İbrahim İbrahimli "Səs" qəzetinin əməkdaşını təhqir etdi

İbrahim İbrahimli "Səs" qəzetinin əməkdaşını təhqir etdi

Bu gün Müsavat Partiyasının qərargahında "İctimai Palata" adlanan qurumun Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli mətbuat konfransı keçirib. İ.İbrahimlinin Naxçıvanda fiziki təzyiqlərə məruz qalması iddiası ilə bağlı ətraflı məlumat verəcəyi mətbuat konfransında iştirak etmək üçün "Səs" qəzetinin əməkdaşı Samir Feyruzov da Müsavat Partiyasının qərargahına gedib.

Konfransın başlanmasından öncə tədbir məkanına gedən "Səs" qəzetinin əməkdaşı burada yanında tanımadığı iki nəfərlə birlikdə çay süfrəsi arxasında əyləşən İbrahim İbrahimli tərəfindən masaya dəvət olunub. İ.İbrahimli və yanındakılar onun "Səs" qəzetini təmsil etdiyini bildikdən sonra jurnalistə qarşı təhqiramiz ifadələr işlətməklə, konfransa qatılmağına etiraz ediblər. Samir Feyruzovun sözlərinə görə, İbrahim İbrahimli "Səs" qəzetini və onun əməkdaşlarını hakimiyyətin casusluq etməkdə günahlandırıb, əməkdaşlarının şərəfsiz olduğunu deyib. Bildirib ki, "Səs" qəzetinə, onun əməkdaşına burada yer yoxdur və Samir Feyruzova qarşı ağır təhqiramiz sözlər işlədib.

Həmişə söz azadlığından, insan haqlarından dəm vuran müxalifət nümayəndələri və onun təmsilçilərindən biri olan İbrahim İbrahimli görəsən adi bir mətbuat nümayəndəsini vəzifə və haqlarını niyə tapdalayır. Və yaxud özlərinə rəva görmədiyini niyə başqalarını qarşı istifadə edirlər. Deməli bu insanlar öz gözündə tiri görməyənlərdir. Unutmayın İbrahim bəy, bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə