Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə aprelin 4-də Dubay Polisinin Cəza və İslah-Əmək Müəssisələri üzrə Baş İdarəsinin rəisi general Məhəmməd Həmid Əl-Suveydi ilə görüşüb. SİA-ya XİN-dən verilən məlumata görə, görüş zamanı Dubay həbsxanaları və burada məhbuslar üçün yaradılmış şərait haqqında fikir mübadiləsi aparılıb.
Həmçinin Pərviz İsmayılzadəDubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəisi general Məhəmməd Əhməd Əl-Mərri ilə görüş keçirib.Görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Pərviz İsmayılzadə həmsöhbətinə son illər respublikamızda miqrasiya sahəsində aparılan islahatlar, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, AR Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
Məhəmməd Əl-Mərri öz növbəsində AR Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyətinin tanışlıq və müzakirələr aparılması məqsədilə Dubaya səfər etməsinin vacibliyini vurğulamış və bunun üçün Azərbaycan tərəfinə müvafiq dəvət məktubunun ünvanlanacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB