Misirdə keçirilən kimsəsiz uşaqlar günü ilə əlaqədar Azərbaycan səfirliyi Qahirə şəhərinin Mokattam rayonunda yerləşən kimsəsiz uşaqlar evində xeyriyyə aksiyası keçirib. Bu barədə SİA-ya XİN-dən verilən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan səfir Şahin Abdullayev ehtiyacı olanlara əl tutmaq və onların problemlərinə şərik çıxmağın Azərbaycan xalqının təfəkküründə xüsusi yer tutduğunu bildirmiş və Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün gördüyü işlər barədə geniş məlumat verib.
Səfir, həmçinin, onu da əlavə etmişdir ki, bu kimi humanitar fəaliyyətlər Azərbaycanın xarici siyasətinin ayrılmaz tərkib hissəsidir.
Xeyriyyə aksiyası çərçivəsində kimsəsiz uşaqlara geyimlər, dəftərxana ləvazimatları, oyuncaqlar hədiyyə edilmiş və nahar süfrəsi, əyləncəli musiqi proqramı təşkil edilib.
Tədbirdə Misirdə yaşayan Azərbaycan icmasının nümayəndələri də yaxından iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB