Qənirə Paşayeva TASAM prezidenti ilə görüşdü

Qənirə Paşayeva TASAM prezidenti ilə görüşdü

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva TASAM prezidenti Süleyman Şensoy ilə görüşüb. SİA-nın məlumatına görə, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu deyən millət vəkili, Qənirə Paşayeva Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Türkiyənin qeyri-hökumət təşkilatları arasında da əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Azərbaycan və Türkiyənin strateji mərkəzləri, qeyri-hökumət təşkilatları arasında da əməkdaşlığın genişlənməsinin çox vacib olduğunu deyib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Azərbaycanın türkdilli ölkələr ilə əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsinə önəm veridyini deyib və Azərbaycan dövlətinin türkdilli dövlətlərin və xalqların əməkdaşlığının genişləndirilməsinə, diasporlarımızın birgə fəaliyyətinə böyük önəm verdiyini vurğulayıb.

Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən TASAM prezidenti Süleyman Şensoy Azərbaycanda keçirdiyi çoxsaylı görüşlərdən razı qaldığını və yaxın gələcəkdə Azərbaycanın müxtəlif qurumları ilə birgə tədbirlər və layihələr həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini bildirib.

Vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir.

İki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində də müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Hər 2 təşkilat arasında əməkdaşlığın genişləndirilməsi niyyəti ortaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə