“Dünya İqtisadi Forumu regionda böyük layihələrin həyata keçirilməsi üçün zəmin yaradıb”
Dünya İqtisadi Formunun Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyəti vardı. Çünki dünyanın böyük təşkilat və şirkətlərinin rəhbərləri, o cümlədən dövlət nümayəndələri Azərbaycandakı iqtisadi vəziyyətlə tanış oldular. Bunu SİA-ya Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, forum çərçivəsində Azərbaycan, əsasən dünya iqtisadiyyatına verdiyi töhfələr, enerji təhlükəsizliyi və ehtiyyatları kimi məsələləri dünya birliyinin diqqətinə çatdırdı: "Azərbaycanda gedən iqtisadi inkişaf bir daha onu göstərir ki, Azərbaycan, Avropa Birliyi, ümumən dünya üçün əsas enerji ixrac edən ölkələrdən birinə çevriləcək. Digər tərəfdən forum çərçivəsində Azərbaycan şirkətləri ilə yaxından tanış olan dünya şirkətləri bir sıra müqavilələrin imzalanması üçün danışıqlar apardılar. Ölkə başçısı İlham Əliyev forumda geniş çıxış edərək, Azərbaycanın bölgədəki iqtisadi vəziyyəti, regioda oynadığı rolu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bununla yanaşı Azərbaycanın yaralı problemi olan "Dağlıq Qarabağ" problemini dünya ictimaiyyətinə bir daha çatdırdı ki, bu problem həll olunsa Azərbaycan və və bölgə iqtisadiyyatı daha sürətlə inkişaf edə bilər".
Bundan başqa millət vəkili bildirdi ki, Dünya İqtisadi Formunun Azərbaycanda keçirilməsi ölkəmizin reallaşdırdığı beynəlxalq layihələr üçün də mühüm əhəmiyyət kəsb edib: "Azərbaycan bölgədə bir sıra beynəlxalq layihələr icraçısıdır. Xüsusilə bölgədə elə bir beynəlxalq layihə yoxdur ki, Azərbaycanın iştirakı olmadan həyata keçirilməsin. O cümlədən Dünya İqtisadi Formunun Bakıda keçirilməsinin də əsas məqsədlərindən biri bu layihələrlə yaxından tanış olmaq və daha iri layihələrin regionda həyata keçirilməsi üçün zəmin hazırlamaqdan ibarət idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB