Azərbaycan sürətli inkişafı ilə dünyanın diqqət mərkəzinə çevrilib
"Azərbaycan son illərdə əldə etdiyi sürətli inkişafı ilə dünyanın diqqət mərkəzinə çevrilib". Bu sözləri Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün ölkəmizə gələn ABŞ-dan olan iş adamı xanım Lindsey Hovard AzərTAc-a müsahibəsində deyib.
Bakıda olmaqdan məmnunluğunu vurğulayan qonaq Xəzərin sahilində yerləşən füsunkar paytaxtımızın Avropanın böyük şəhərləri ilə müqayisə olunduğunu diqqətə çatdırıb: "Azərbaycan bütün dünya dövlətləri üçün dost ölkədir. Dünya İqtisadi Forumunda iştirak etmək üçün ABŞ-dan, Böyük Britaniyadan, Çindən, Rusiyada, Türkiyədən və digər ölkələrdən gəlmiş insanlar Azərbaycanın qazandığı uğurların şahidi olurlar. Biz bu mötəbər tədbirin - Davos İqtisadi Forumunun Bakıda keçirilməsini yüksək qiymətləndiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB