Ken Coyner: “Formunun Bakıda keçirilməsi əməkdaşlığın inkişafına töhfə verəcək”
"Davos Forumunun Bakıda keçirilməsi barədə qərar dünya ictimaiyyətinin Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara verdiyi yüksək qiymətin ifadəsidir". SİA-nın məlumatına görə, bunu ABŞ-ın aparıcı "Midrex Technologies" şirkətinin MDB məkanı üzrə layihələr direktoru Ken Coyner AzərTAc-a müsahibəsində deyib. Ken Coynerin sözlərinə görə, son dövrlərdə Azərbaycanda çoxsaylı mötəbər tədbirlərin keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ilə bağlıdır: "Baklıda keçirilən Dünya İqtisadi Forumunun gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün çox gözəl imkanlar yaradacaq, əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB