"1990-cı illlərin əvvəllərində olduğu kimi, bu gün də radikal müxalifət nümayəndələri Azərbaycanın xaosa, hərc-mərcliyə və özbaşınalığa sürüklənməsinə cəhdlər göstərir. Onların əsas hədəfi Azərbaycanda qanlı olayların başladılmasıdır". Bunu YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva SİA-ya açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Müsavat, AXCP, həmçinin, son günlər ərzində yalançı iddialarla gündəmə gələn reneqatlar yığıncağı - "El" müxtəlif anti-Azərbaycan dairələrin dəstəyilə ölkədəki sabitliyi pozmağa cəhd göstərirlər: "Onları nə xalq, nə də insanların yaşayışı düşündürür. Əgər onlarda milli ruh olsaydı, hələ 1992-ci ildə hakimiyyətdə olduqları müddətdə insanların rifahı naminə fəaliyyət göstərərdilər, monolit cəmiyyət formalaşdırardılar və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsinə şərait yaratmazdılar. Bu gün onların demokratiyadan, insan haqlarından danışmaları da sadəcə güdüş doğurur. Çünki, İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov üçlüyünün, həmçinin, Müsavat və AXCP funksionerlərinin fürsət düşən kimi qarşılıqlı ittihamlara keçmələri də onu göstərir ki, onların əsas məqsədi yalnız anti-milli qüvvələrə xidmət etmək, Azərbaycana zərbə vurmaqdır".
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bəlli beynəlxalq QHT-lərin radikal müxalifətin nəzarətində olan təşkilatlara maliyyə vəsaiti ayırması, onları sözün əsil mənasında silahlandırması da göstərir ki, İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov kimilərin əsas məqsədi Azərbaycanda yenidən qanlı olaylar törətməkdir: "Düşünürəm ki, ötən 20 il ərzində xalqın Heydər Əliyev siyasətinə dəstək verməsi bundan sonra da müşahidə olunacaq. İnsanlarla keçirdiyimiz görüşlərdə hazırki iqtidara olan etimad və dəstək aydın şəkildə sezilməkdədir. Radikal müxalifətin nə etməsindən asılı olmayaraq, xalq onları dəstəkləməyəcək, anti-milli ünsürlərin çirkin planlarının reallaşmasına imkan verməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB