Aydın Hüseynov: "El" gündəmdə qalmaq üçün manipulyasiya edir"

Aydın Hüseynov: "El" gündəmdə qalmaq üçün manipulyasiya edir"

"Sosial bazası və resursları olmayan istənilən təşkilat, birlik və ya dərnək gündəmdə qalmaq üçün manipulyativ vasitələrdən istifadə edir. Elə Azərbaycanın radikal müxalifəti də hər hansı siyasi nüfuza və dəstəyə malik olmadığı üçün qalmaqallardan, Azərbaycan üçün itki sayılan hadisələrdən istifadə edərək gündəmdə qalır, "müxalifətçilik" fonu yaradır". Bunu YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, reneqat Eldar Namazovun "El"i də gündəmdə qalmaq üçün manipulyativ vasitələrdən istifadə edir: "Radikal müxalifət 1992-ci ildə hakimiyyətdə olarkən, nə cür siyasət yürüdürdüsə, indii də düşünür ki, hazırki iqtidar elə siyasət aparır. Əlbəttə ki, bu səhvdir. İddia edirlər ki, guya hakimiyyət bütün günü "El"i izləyir və ona təzyiqlər göstərir. Reneqatın sözlərinə bir qədər dərin nəzər salsaq görərik ki, o, tamamilə yalan danışır. Çünki, hakimiyyət bu gün Azərbaycanın modern dövlət kimi mövqeyinin və imicinin qorunub saxlanılması, inkişaf etdirilməsi istiqamətində ciddi fəaliyyət sərgiləyir. Yəni, "El" hakimiyyət üçün təhlükə deyil ki, ona istiqamətlənmiş siyasət aparsın. Hətta, mən deyərdim ki, əgər reneqat Eldar Namazov müxalifət mətbuatında yalan məlumatlar yaymasaydı, heç kəs bilməyəcəkdi ki, "El" adlı nəsə var. Demək ki, Eldar Namazovun əsas məqsədi reklam işlərilə bağlıdır".

A.Hüseynov vurğulayıb ki, Müsavat, AXCP kimi "El" də "ölü doğulmuş" təşkilatdır və onun nə cəmiyyətə, nə də siyasi proseslərə təsiri ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə