Azərbaycan fövqəladə hallara nəzarət üzrə dünya təcrübəsini öyrənməkdə maraqlıdır

Azərbaycan fövqəladə hallara nəzarət üzrə dünya təcrübəsini öyrənməkdə maraqlıdır

"Azərbaycan fövqəladə hallara nəzarət üzrə dünya təcrübəsini öyrənmək və onların nəticələrini minimuma endirməkdə maraqlıdır". SİA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirlyinin (FHN) və Fransa səfirliyinin Bakıda birgə keçirdiyi "Genişmiqyaslı tədbirlərdə fövqəladə hallara nəzarət" mövzusundakı seminarda nazir müavini Faiq Tağızadə deyib.

O bildirib: "Son illər zəlzələ və vulkanlar kimi təbii fəlakətlərin sayı artır. Bu səbəbdə seminar xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) fövqəladə halların idarə olunması və onun nəticələrinin minimuma endirilməsi üçün qabaqcıl təcrübəni, o cümlədən Fransanın təcrübəsini öyrənməkdə maraqlıdır."

Bütün xəbərlər Facebook səhifəmizdə