"Azərbaycan regionun stabilliyinin təmin olunmasında mühüm rol oynayır"
"Azərbaycan regionun stabilliyinin təmin olunmasında mühüm rol oynayır". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən "Genişmiqyaslı tədbirlərdə fövqəladə hallara nəzarət" mövzusundakı seminarda çıxışı zamanı Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.
"Biz Azərbaycanı sabitlik və demokratiyanın inkişafı yolunda daha da irəliləyən görmək istəyirik. Son üç ildə Bakı inanılmaz dərəcədə dəyişib, regionlarda turizm aktiv inkişaf edib", -deyə səfir fikirlərinə əlavə edib.
Fövqəladə hallar nazirinin (FHN) müavini Faiq Tağızadə vurğulayıb ki, təhlükəsizlik sahəsində görüləsi işlər çoxdur: "Azərbaycanla Fransa arasındakı dostluq münasibətləri daha da inkişaf edə bilər. Fövqəladə hallarla mübarizə sahəsində şirkətlər arasındakı əməkdaşlıq və Fransa şirkətlərinin təcrübəsi çox faydalıdır".
Azərbaycan FHN-in təmsilçisi Qüdrət Ağayev isə "Fövqəladə hallar zamanı idarəetmənin təşkili" mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra Azərbaycan FHN-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Fransanın Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçisi Floren Valle kütlənin idarə olunması və mülki müdafiə sahəsindəki təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB