Frederik Starr: “Regionların bir-biri ilə təsir səviyyəsini artıra bilmələri çox vacibdir”

Frederik Starr: “Regionların bir-biri ilə təsir səviyyəsini artıra bilmələri çox vacibdir”

"Regionların bir-birləri ilə qarşılıqlı təsir səviyyəsini artıra bilmələri çox vacibdir". SİA-ya verilən məlumata görə, bunu "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) iclasında çıxışı zamanı Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun rəhbəri Frederik Starr deyib.

F.Starrın sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının ölkələri ABŞ, Çin, Rusiya yaxud Aİ kimi xarici oyunçuların təsiri olmadan öz aralarında əməkdaşlığı gücləndirməlidirlər: "Bu regionlara kimin daxil olmasına dair sual yaranır və buna aydınlıq gətirilməsi lazımdır".

Qeyd edək ki, bu gün Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) iclası keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə