“Rusiyada qadınlara qarşı bir çox sahələrdə ayrı-seçkiliklər mövcuddur”
Rusiyada qadınlara qarşı bir çox sahələrdə ayrı-seçkiliklər mövcuddur. Bunu "Rusiya Birləşmiş Demokratiya Partiya"sının nümayəndəsi MariyaYefimova Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 1-ci iclasında səsləndirib. Onun sözlərinə görə, bu və ya digər qadın hüquqlarının pozulmasına qarşı Rusiyada mövcud olan rejimlə mübarizə aparırlar: "Hal-hazırda Rusiyada müxalifət partiyasıyıq. SSRİ dağıldıqdan sonra ölkəmizdə böhran başladı. Ölkəmizdə 1996-cı ildə qadın hüquqlarının qorunması üzrə parlament qanun qəbul etdi. Buna baxmayaraq Rusiyada qadın hüquqlarının pozulduğu bir çox sahələr var. Bu gün Rusiyada təhsil və səhiyyə sistemi dağıdılıb. Ölkəmdə qadın problemləri məhz uşaq bağçalarından başlayır. Hal-hazırda qadınlar demək olar ki, Rusiya siyasətində təmsil olunmurlar. Təsadüfi deyil ki, 21 nazir postundan ikisini qadınlar tutur. Parlamenetin isə cəmi 13 faizi qadınlardan ibarətdir. Hər vəchlə qadınlar ölkə siyasətindən uzaqlaşdırılır. Qadınları ancaq QHT-lərdə və müxalifət partiyaların rəhbərliyində görmək mümkündür. Rusiyada qadınların məruz qaldıqları ayrı-seçkiliklər bununla bitmir. Qadınlarımız cinsi ayrı seçkiliyə məruz qalırlar. Qurulan ailələrin 64 faizi uğursuz alınır. Partiyamız qadın hüquqlarının yaxşılaşdırılması üçün mübarizə aparır. Bunlar aborta qarşı, analıq məzuniyyətlərinin yaxşılaşdırılması və digər məslələrlə bağlıdır. Bunun üçün partiyamızın üzvləri aksiyalar, küçə etirazları keçirir. Son olaraq mart ayında keçirdiyimiz aksiyamız polis tərəfindən dağıdılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB