Kəndlərimiz yenidən atəşə tutulub

Kəndlərimiz yenidən atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx və Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Şirvanlı, Qaraqaşlı və Cəvahirli, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyidən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə