Bayram Səfərov: “Bu, ermənilərin inkişafından xəbər vermir”

Bayram Səfərov: “Bu, ermənilərin inkişafından xəbər vermir”

"Ermənilər Azərbaycan ictimaiyyətini və dünyanı aldatmağa yönələn dezinformasiya xarakterli xəbərlər yaymaqla məşğuldur. Çünki nə Kəlbəcərdə, nə Şuşada, nə də Qarabağın digər bölgələrində yaşayış yoxdur". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

Onun sözlərinə görə, ermənilərin sayı o qədər deyil ki, həmin ərazilərdə əhalinin sayını artırsın: "Ermənilər İrəvan əhalisini normal dolandıra bilmir, sosial problemlərini həll edə bilmir. Bütün bunlar ermənilərin yalan informasiyası və dələduzluğudur. Qarabağdan olan ermənilər öz yerlərində yaşaya bilmirlər, ilk imkan düşən kimi oradan qaçırlar. Yəni Kəlbəcərdə və ya digər bölgədə ermənilərin məktəb inşa etməsi, hələ onların sayının artmasından, inkişafından xəbər vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə