Cümşüd Nuriyev: “El” hərəkatı kimi “Milli Şura” da ölü doğulan uşaqdır”
Rüstəm İbrahimbəyovun yaradacağı "Milli Şura"nın nizamnaməsi və məramnaməsi yoxdur. Kimin ağlına hansı siyahı gəlirsə onu gündəmə gətirir. Ancaq siyahıda adları olanların siyahıdan heç xəbəri belə yoxdur. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, siyahının nəticəsi isə indidən bəllidir: ""Milli Şura"nın yaradılması ideyası R.İbrahimbəyova yox, kənar qüvvələrə aiddir. Onlar nümayiş etdirmək istəyirlər ki, guya Azərbaycanda iqtidarın əleyhinə olan QHT-lərin və hərakatların sayı çoxluq təşkil edir. Buna görə də xalq iqtidara qarşı narazılıq edir. Bütün bunlar sadəcə olaraq görüntü yaratmaq xatirinədir. Ancaq onlar başa düşmürlər ki, heç vaxt ölü doğulan uşaqlar siyahıya almır. Yəni "El" hərəkatı kimi "Milli Şura" da ölü doğulan uşaqdır. Ölü doğulan uşağın isə siyasi gələcəyi də yoxdur. Ümumiyyətlə, bu kimi siyahıların arxasında siyasi güc və ya məntiq dayanmır. Məntiqsizlik isə müxalifətin içərisində baş alıb gedir. Bu da onların məntiqsiz addımlarından biridir. Maraqlıdır ki, tərkibi elan olunan "Milli Şura"nın içərisində yeni bir sima yoxdur. Onların elan etdiyi "Milli Şura" nın içərisində Azərbaycan xalqına yeni söz deyə biləcək şəxs yoxdur. Ona görə də bu kimi məsələlərə görə narahat olmağa dəyməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB