Kanada Mühafizəkarlar Partiyasının nümayəndə heyəti Azərbaycanda gələcək

Kanada Mühafizəkarlar Partiyasının nümayəndə heyəti Azərbaycanda gələcək

Səfər Yeni Azərbaycan Partiyasının dəvəti ilə baş tutacaq

Yeni Azərbaycan Partiyasının dəvəti ilə Kanadanın Mühafizəkarlar partiyasının nümayəndə heyəti 2013-cü il aprelin 2-də Azərbaycanda rəsmi səfərə gəlir. SİA-nın verdiyi məlumata görə, səfər aprel ayının 7-dək davam edəcək.

Kanada Parlamentinin İcmalar Palatası spikerinin müavini Barri Devolin rəhbərlik etdiyi nümayəndə heyətinə palatanın üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan daxildir.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Milli Məclisin sədri Oqtay Əsədov, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovla görüşəcək, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparacaqlar. Nümayəndə heyəti bir sıra nazirliklərdə və Dövlət Komitələrində, o cümlədən Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşlər keçirəcək. Bundan əlavə, Kanadanın Mühafizəkarlar partiyasının nümayəndələri YAP Xətai rayon təşkilatında iş proseduru ilə tanış olacaq, partiya fəalları ilə görüşəcəklər.

Səfər çərçivəsində Kanada Mühafizəkarlar Partiyası nümayəndə heyəti Azərbaycanın görməli yerlərinə gəzintilər həyata keçirəcək, mədəniyyət və incəsənəti ilə yaxından tanış olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə