Türkiyə Van-İrəvan-Van aviareysini qeyri-müəyyən müddətə təxirə salıb
Türkiyə Mülki Aviasiya Baş Müdürlüğü Van-İrəvan-Van aviareysinə qadağa qoyub. SİA-nın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, Türkiyə Mülki Aviasiya Baş Müdürlüğü ilk uçuşları aprelin 3-ə təyin olunan Van-İrəvan-Van aviareysini qeyri-müəyyən müddətə təxirə salıb.
Ermənistanın "Narekavank Tur" şirkətinin uçuş direktoru Aşot Soghomonyanın verdiyi açıqlamada bildirib ki, Türkiyə tərəfi ilk olaraq bu layihəyə heç bir maneə göstərməyib: "Ancaq sonradan buna qarşı çıxıblar. Biz hələ də ümid edirik ki, Türkiyə hakimiyyəti bu məsələdə anlayış nümayiş etdirəcək və öz qərarını dəyişəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB