"Ermənistanın Dağlıq Qarabağda hərbi təlimlər keçirmək niyyəti bir növ dünya ictimaiyyətinə meydan oxumaq kimi qiymətləndirilməlidir". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə Ermənistanın Dağlıq Qarabğda hərbi təlimlər keçirmək cəhdlərinin dalana dirənmiş danışıqlar prosesinə təsiri ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu kimi təxribatçı addımlarla Ermənistan dalana dirənmiş danışıqlar prosesinə demək olar ki, son qoyub: "Danışıqlar prosesinin dayandırılmasının arxasında erməniləri müdafiə edən qüvvələrin iradəsi durur. Çünki Ermənistan artıq dövlət müstəqilliyini itirib. Hətta danışıqlar prosesinin imitasiyası belə onların əlindən alınıb. Ona görə də yaxın vaxtlarda hər hansı bir dəyişiklik gözləmək olmaz".
Millət vəkili Ermənistanın təxribatçı addımlarına qarşı dünya ictimaiyyətinin səssizliyinə də münasibət bildirib: "Ermənistanın bu kimi təxribatçı addımlarının arxasında onun havadarları dayanır. Buna görə də bu təxribaçılığa dünya ictimaiyyətinin ciddi qınaqları yoxdur. Bununla yanaşı, Ermənistanın Dağlıq Qarabağda hərbi təlimlər keçirmək cəhdləri hədə-qorxu siyasətinin tərkib hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB