Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi (AEGEE-Bakı) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Novruz 2013" Beynəlxalq Gənclər Festivalının başa çatıb. Gənclər Təşkilatları Milli Şurasından SİA-ya verilən məlumata görə, "Novruz 2013" Beynəlxalq Gənclər Festivalının əsas məqsədi dünya gənclərini xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, eyni zamanda mühüm əhəmiyyət daşıyan mədəniyyətlərarası gənclər mübadiləsini inkişaf etdirməkdir.
Festivalda dünyanın 30 ölkəsini təmsil edən 50 əcnəbi gənc iştirak edib. Layihə çərçivəsində iştirakçılar ölkənin qədim tarixinin bariz nümunəsi olan Qobustan, həmçinin Azərbaycanın zəngin ən-ənələri və mədəni irsini özündə əks etdirən Şəki şəhərinə səfər ediblər. Layihə çərçivəsində həyata keçirilən "Azərbaycan günü"-ündə Azərbaycanın zəngin süfrəsi, milli rəqslərimiz, milli musiqilərimiz ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Layihə zamanı iştirakçıla həmçininr müxtəlif mövzularda ("Dözümlülük", "Yerli adət və ənənələr və qloballaşma", "Müasir dünyada mədəniyyət", "Musiqi özünü ifadə etmə üsulu kimi" və s.) müzakirələr aparıblar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olub, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhfə vermək imkanı qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB