Ermənistan baş naziri başından böyük danışdı

Ermənistan baş naziri başından böyük danışdı

"İrəvan və Xankəndi aeroportları arasında ilk uçuş bu yaz həyata keçiriləcək". SİA erməni mətbuatına istinadən xəbər verir ki, Qondarma Dağlıq Qarabağı Respublikasının baş naziri Ara Haratunyan Fransa mətbuatına müsahibəsində deyib. Baş nazir bildirib ki, artıq müəyyən müddətdir ki, Xankəndi hava limanının tikintisi tam başa çatıb. Onun sözlərinə görə, ilk uçuşun vaxtı dəqiq məlum deyil: "Uçuşların nə vaxt olacağı müəyyənləşməyib. Həmçinin bəzi texniki məsələlərin həlli var. Xocalı aeroportu ilə bağlı məsələni siyasiləşdirmək düzgün deyil. Bu məsələni humanitar baxış bucağından həll etmək lazımdır".

Azərbaycanın uçuşlara qarşı göstərdiyi kəskin mövqeyi ilə əlaqədar sualı cavablandıran Harutunyan deyib ki, Azərbaycan atəş açarsa, o zaman yeni müharibə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə