Sərraf Balaxan: “Dünya birliyi ilə sıx əməkdaşlıq edən ölkəmizdə...” AÇIQLAMA
"Belə bir tərdbirin ölkəmizdə keçirilməsi dövlətimizin müəyyən etdiyi gələcək inkişaf məqsədlərinə böyük tövhə verəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, bizim əsas məqsədimiz güclü, dayanıqlı, uzunmüddətli iqtisadi inkişafı təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, Azərbaycanda sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri görməkdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan Davos İqtisadi forumunun ölkəmiz üçün oynayacağı rolundan danışarkən deyib.
YAP GB ofisi rəhbərinin sözlərinə görə, bu məqsədlərə nail olmaq üçün təbii ki, dayanmadan çalışmaq, dünyanın və əsas investorların diqqətini Azərbaycana yönəltmək lazımdır: "Bunun üçün kifayət qədər əsaslar da vardır. Belə ki, bu gün ölkəmiz dünya dövlətləri arasında sabit kredit reytinqinə malik olan dövlət, etibarlı məkandır. Azərbaycanın bütün sprektrlərdə dünyaya inteqrasiya olunması üçün belə beynəlxalq forumların böyük əhəmiyyəti həm də ondadır ki, Azərbaycan təkcə regionun deyil, Avropanın və dünyanın ayrılmaz bir parçası olmaq gücünü ortaya qoyur. Azərbaycan Davosu təkcə Cənubi Qafqazın deyil, Orta Asiyanın da gələcək iqtisadi ikişafı üçün böyük imkanlar aça biləcək. Bu regionların Qərbə daha sürətli iqtisadi inteqrasiyasına səbəb olacaqdır. Yanvar ayında keçirilmiş Forumda bütün diqqətlər əsasən dünya iqtisadiyyatının inkişafı, davamlı iqtisadiyyat, beynəlxalq maliyyə sisteminin stabilliyinin əldə edilməsi, enerji təhlükəsizliyi, ekoloji və sağlamlıq problemlərinin həllinə yönəlmişdi. Azərbaycanda keçiriləcək növbəti Forumda isə əsas istiqamət Cənubi Qafqaz və Orta Asiya ölkələrinin gələcəyi, inteqrasiya, təhlükəsizlik, enerji layihələri və digər məsələlər müzakirəyə çıxarılacaqdır. Bu iki mühüm regionun problemlərini əhatə edəcək bir Dünya Forumunun Azərbaycanda keçirilməsi və bunun da Fond rəhbərliyinin təklifi əsasında dövlətimiz tərəfindən təşkil olunması çox mühüm hadisədir".
S.Balaxan sözlərinə əlavə edib ki, Azərbaycan dövlətinin əsas məqsədi yüksək iqtisadi inkişafa nail olmaqla mövcud problemləri həll etmək və ölkənin davamlı inkişafını təmin etməkdir: "Hazırda ölkəmiz bu istiqamətdə cənab prezident İlham Əliyevin uğurlu siyasət strategiyasına əsasən öz uğurlu yoluna davam etməkdədir. Bu uğurun sirri dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik siyasətinə sədaqətdir, bu siyasətin zamana müvafiq davam və inkişaf etdirilməsidir.
Düşünürəm ki, Dünya birliyi ilə sıx əməkdaşlıq edən ölkəmizdə mötəbər Davos Dünya İqtisadi Forumunun keçirilməsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurlara verilən dəyərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB