Ermənistan höküməti yanında Mülki Aviasiya Baş İdarəsi (MABİ) Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə mülki təyyarələrin uçuşlarına icazə verəcək. SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, bu barədə açıqlamanı MABİ-nin rəhbəri Artyom Movsisyan verib.
Onun sözlərinə görə, uçuşlar beynəlxalq təşkilatların qaydalarına uyğun həyata keçiriləcək: "Biz o qaydalardan bir addım da kənara çəkilmək istəmirik. Məsələ Dağlıq Qarabağın aviasiya qurumlarının fəal işindən asılıdır. Əgər onlar işlərini yekunlaşdırsalar biz hazırıq".
Uçuşla bağlı konkret tarix söyləməyən Movsisyan deyib ki, Xankəndi hava limanı kiçikdir, lakin gözəl və rahatdır: "Onun gücü planlaşdırılan sərnişindaşıma üçün kifayətdir. Uçuş zolağı yaxşı vəziyyətdədir, uçuşların təhlükəsizliyi təmin edilib. Amma təyyarələrdə xidmətlə bağlı bəzi həll edilməmiş texniki məsələlər var".
Movsisyan onu da əlavə edib ki, Dağlıq Qarabağın öz mülki aviasiyası olmadığından, uçuşları Ermənistanın 19 yerlik təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 45-50 dəqiqə təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB