Səfir Qubaya səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qubada səfərdədir. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, səfər çərçivəsində səfir R.Morninqstar Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevlə görüşəcək. Səfir eyni zamanda Quba RİH-ində konfrans keçirəcəyini bildirilib.

Qeyd edək ki, qonaq görüşdən sonra 1918-ci ildə Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri qırğınların bariz nümunəsi sayılan "Quba Soyqırımı" məzarlığına da baş çəkəcək.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə