Siyavuş Novruzov hər zaman bir əqidəyə qulluq edib

O, Rəhim Qazıyevdən və öz düşərgələrini, əqidələrini dəyişən bəzi “demokratlardan” qat-qat yüksəklərdə dayanan adamdır
Siyavuş Novruzov hər zaman bir əqidəyə qulluq edib

Sabiq müdafiə naziri Rəhim Qazıyevlə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mediadakı polemika sosial şəbəkələrdə də müzakirə olundu. Hər iki şəxs arasında bir-birinə ünvanlanan təhqir dolu açıqlamaları sosial şəbəkələrdə müzakirəyə çıxaran müxalifyönümlü gənclər, maraqlıdır ki, əsasən YAP-çı deputatı hədəfə aldılar. AXC hakimiyyəti dönəmində dünyaya gəlməyən bu gənclər Rəhim Qazıyevi ifratcasına müdafiə edərək Siyavuş Novruzov haqqında "ürəklərini boşaldıblar". Siyavuş Novruzovun YAP-ın əsas adamlarından biri olmasını əsas tutan müxalifətçi gənclərin onun barəsində yazdıqlarına bəlkə də haqq qazandırmaq olardı. Amma Rəhim Qazıiyevə görə YAP-çı deputatın hədəfə alınması isə doğru deyil. (moderator.az)

Ən azı Siyavuş Novruzovdan fərqli olaraq, Rəhim Qazıyev Azərbaycan cəmiyyətində çoxsifətli şəxs kimi xarakterizə olunur. AXC hakimiyyətinə naxələf çıxan Rəhim Qazıyevin milli hakimiyyətin yıxılmasında əsas adamlardan biri olduğunu görünür, facebookdakı 20-22 yaşlı gənclər bilmir. Rəhim Qazıyev o şəxslərdəndir ki, açıq şəkildə Elçibəy hakimiyyətinin devrilməsində rol alıb. Sonradan onun Heydər Əliyevlə şəxsi münasibətlərində yaranan problemlər onu YAP hakimiyyətindən də uzaq saldı. Rusiyanın qaranlıq dairələri ilə bu və ya digər şəkildə əlaqələri olan Rəhim Qazıyevin Azərbaycan torpaqlarının işğalındakı məsuliyyəti də unudulmayıb.

Siyavuş Novruzova gəlincə, o, Rəhim Qazıyevdən və öz düşərgələrini, əqidələrini dəyişən bəzi "demokratlardan" qat-qat yüksəklərdə dayanan adamdır. Onun müxalifətə yönəlik fikirləri ona görə qıcıq yaradır ki, o hansısa bir məsələni sadələşdirilmiş formada ifadə edir. Bu da xüsusi qabiliyyət tələb edən bir haldır. Siyavuş Novruzov yuxarıda sadaladığımız adamlardan fərqli olaraq, hər zaman bir əqidəyə qulluq edib. O AXC hakimiyyəti dönəmindən bu yana özünə lider olaraq, mərhum prezident Heydər Əliyevi seçib.

Heydər Əliyev hələ Naxçıvanda olarkən Siyavuş Novruzov gənc yaşlarında müxalif bir partiyanın – YAP-ın quruculuğu prosesində iştirak edib. Başqaları kimi o da universitetin tələbə hərəkatında içində olanlardan biri kimi gedib, dövlət orqanlarında vəzifə tuta bilərdi. Amma o, öz liderinin hakimiyyətə gəlməsi üçün mübariz aparan adamlardan biri oldu.

Rəhim Qazıyev yazır ki, o ermənilərlə səngərdə üz-üzə olanda Siyavuş Novruzov harada idi? Halbuki, Siyavuş Novruzov Dağlıq Qarabağ uğurunda döyüşlərdə iştirak edib. Amma o, indiyədək bunu heç bir yerdə deyib, özünü reklam etməyib. Siyavuş Novruzov bu gün Dağlıq Qarabağ müharibəsi veteranıdır. Hətta YAP hakimiyyətdən getsə belə, Siyavuş Novruzov bu partiyaya sahib çıxan azsaylı adamlardan biri olacaq. Ona görə də əqidəli adama hörmət etmək hər kəsin borcudur. Əqidəsizdən qorxmaq lazımdır.

Zaur Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə