Erməni dilində "Ты кто такой? Давай, до свидания!" VİDEO

Erməni dilində "Ты кто такой? Давай, до свидания!" VİDEO

Ötən il Rusiyada azərbaycanlı qardaşların, meyxanaçı kimi tanınan Ehtiram və İntiqamın "Ты кто такой? Давай, до свидания!" meyxanası qısa zamanda populyarlıq qazandı. İnternetdə baxımına görə ilk yerlərdə gedən meyxanaya televiziya verilişləri həsr edildi, eyni adlı mahnılar bəstələndi, hətta ticarət markası da qeydə alındı.

31 yanvar 2013-cü il tarixində isə youtube.com axtarış servizinə bu meyxana erməni dilində yerləşdirilib. Ermənilərin vaxtaşırı Azərbaycan incəsənət nümunələrninə sahib çıxmaq istədiklərini nəzərə alsaq, yaxın vaxtlarda bu meyxananı da erməni mahnısı elan etməkləri mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə