Nazarbayev İlham Əliyevi təbrik edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrik məktubları, Azərbaycan prezidenti İlham Əliyevə, Əfqanıstan prezidenti Həmid Kərzaiyə, İran prezidenti Mahmud Əhmədnejata, Qırğızıstan prezidenti Almazbek Atambayevə, Tacikistan prezidenti Emoməli Rəhmona, Türkmənistna prezidenti Qurbanqulu Berdımuhammedova və Özbəkistan prezidenti İslam Kərimova ünvanlanıb.

"Qoy Novruz bayramı ölkələriməz bərəkət, xöşbəxtlik, sevinc gətirsin", - təbrikdə deyilir.

Nazarbayev dövlət başçılarına möhkəm cansağlığı, işlərində müvəffəqiyyət, qardaş xalqlara isə sülh və əminamanlıq arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə