Sərhədi pozan ermənilər qaytarıldı

Sərhədi pozan ermənilər qaytarıldı

3 gün əvvəl Azərbaycan sərhədini pozan iki erməni mülküsü Ermənistana qaytarılıb. SİA-nın məlumatına görə, əsirlərin qaytarılması dünən saat 15:00-da Tovuz rayonu ilə sərhəddə gerçəkləşib. Proses Qırmızı xaç cəmiyyətinin Avropa və Azərbaycan nümayəndələrinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç martın 16-sı saat 16.50-də, Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna isə martın 17-si saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə