Elçin Mirzəbəyli: “Erməni terrorizmi region üçün təhlükə mənbəyidir”
Azərbaycanda dini müstəvidə hər hansı bir qarşıdurma son dövrlərdə rast gəlinməyib. Əgər bu proseslər baş verərsə bunun arxasında mütləq ayrı-ayrı güclərin müxtəlif maraqları durur. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanda terror təhlükəsi yoxdur: "Azərbaycanda heç bir terror təhlükəsi gözlənilmir. Çünki ölkənin müvafiq strukturları teror təhlükəsinin qarşısının alınması üçün kifayət qədər imkanlara malikdirlər. Əvvəllər azərbaycanlılar ermənilər tərəfindən həyata keçirilən terrorun qurbanı olub. Bu faktlar dəfələrlə sübuta yetirilib. Eyni zamanda bu işğal Azərbaycan ərazilərində narkotranzit və terrorçuların yetişdirilməsi üçün münbit zəmin yaradır. Nə qədər ki, həmin ərazilər işğal altında qalacaq və nəzarətsiz zona olacaq bu proses daha sürətlə gedəcək. Hesab edirəm ki, işğal faktoru təkcə Azərbaycan üçün deyil, eyni zamanda region dövlətləri üçün də təhlükə yaradır. Bu baxımdan işğal altında olan ərazilərin işğaldan azad edilməsi və Azərbaycanın suveren hüquqlarının bərpa edilməsi lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB