Aydın Mirzəzadə: “Terrorimzə qarşı çox ciddi mübarizə aparılır” ŞƏRH

Aydın Mirzəzadə: “Terrorimzə qarşı çox ciddi mübarizə aparılır” ŞƏRH

"Belə bir konfransın Azərbaycanda keçirilməsi terrorizmə qarşı dünyanın Azərbaycana verdiyi töhfə ilə bağlıdır. BMT-nin təşkilatçılığı ilə keçirilən və dünyanın xeyli sayda nüfuzlu rəsmilərinin iştirak etdiyi konfransda terrorizmin törətdiyi fəsadlar və bunun qarşısının alınması istiqamətində atılacaq addımlar çox ciddi şəkildə müzakirə olundu". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə ötən gün cənab prezident İlham Əliyevin də iştirakı ilə keçirilən Bakıda "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın əhəmiyyətini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, cənab prezident İlham Əliyevin konfransın açılış mərasimində geniş nitqi, söylədiyi bir çox fikirlər, dünyanın tələbləri və qoyulan məsələlərlə tamamilə üst-üstə düşür: "Dövlət başçısı dünyanın təhlükəsizliyi üçün vətəndaşların yaşamaq hüququ olduğu və bu istiqamətdə bütün qüvvələrin birləşdirilməsinin vacibliyini vurğuladı. Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərdiyi ilk gündən hər zaman Ermənistan tərəfindən işğala məruz qaldığı və terrorun hədəfi olduğu bildirildi. Digər tərəfdən prezidentin çıxışında əsas tezislərdən biri Azərbaycanda heç bir zaman terrorizm üçün şərait olmadığı xüsusilə qeyd edildi və bildirildi ki, ölkəmiz hər zaman bu kimi məsələlərə öz töhfəsini verib. O dövlət ki, ciddi və diqqəti cəlb edən bəyanat verə bilər ki, həqiqətən də bir çox işlərə layiqli imzasını atsın. Azərbaycanda güclü və effektli dövlətin qurulması, vətəndaşın təhlükəsizliyinin qorunması, eləcə də xarici təhdidlərə qarşı səmərəli mexanizmin qurulması bugünki reallıqlardan biridir. Bu gün ölkəmizdə az da olsa, terror, ya da ictimai təhlükə törədə biləcək işlərə qarşı dövlətimiz tərəfindən çox ciddi mübarizə aparılır. Nüfuzlu dövlətlərlə bu barədə əməkdaşlığın aparılması, terrorizmin bütün müasir elementlərindən istifadə edilməsi də bugünki reallıqları özündə cəmləşdirir. Bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi bir daha onu göstərdi ki, ölkəmiz beynəlxalq birliyin səyləri ilə həmrəydir".

Bütün xəbərlər Facebook səhifəmizdə