İki Ermənistan vətəndaşı Azərbaycan tərəfə keçib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16.50-də, martın 17-də isə Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.
Əsirlərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır. Hazırda onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına veriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB