Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri, xanım Maya Pancikidzeni qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin intensiv xarakter daşıdığı qeyd olunub, beynəlxalq və regional əməkdaşlığın önəmi vurğulanıb, "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Bakıda təşkil olunan beynəlxalq konfransın əhəmiyyəti yüksək qiymətləndirilib, Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İ. Əliyev martın 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı da qəbul edib. Dövlət başçısı Azərbaycanla Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində yaxşı səviyyədə olduğunu vurğulayıb.
Ölkələr arasında əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində yaxşı ənənələrə malik olduğunu deyən prezident İ. Əliyev bu əməkdaşlığın müdafiə sahəsində daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
Gürcüstanın müdafiə naziri kimi Azərbaycana səfərindən məmnunluğunu bildirən İ. Alasaniya səfərinin müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından önəmli olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB