Çexiya Xarici İşlər Nazirliyi parlamentin Xocalı soyqırımı ilə bağlı təqdim etdiyi qətnaməni rədd etdi
Çexiya Xarici İşlər Nazirliyi 1992-ci ildə baş vermiş Xocalı hadisəsi ilə bağlı parlamentin qətnaməsini rədd edib, Erməni Avropa Assosiasiyaları Forumu (EAAF) Armİnfo-ya bu haqda məlumat verib. EAAF Çexiya Xarici İşlər Nazirliyinə qeyd edilmiş "Xocalı Soyqırımı" ilə bağlı Çexiya Parlamentinin Qətnaməyə izahat verməsini tələb edən məktub göndərib.
Nazirlik tezliklə bu məktuba cavab vermişdi. Nazirliyin rəsmi məktubunda qeyd edilir ki, Seima Xarici Əlaqələr Komitəsi tərəfindən tərtib edilən 219 nömrəli
Qətnamənin Çexiya Respublikasının Qarabağ problemi ilə bağlı siyasətinə heç bir təsiri yoxdu. Çexiya Respublikası dünya ictimaiyyətinin və ATƏT-in Minsk qrupunun bu problemi həll etməsinə çalışacaq. Çexiya Respublikası Ermənistan, Dağlıq Qarabaq və Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi dəstəkləyir, məktubda deyilir.
Sənəd 7 fevral tarixində göndərilmişdir. Sənəddə həmçinin qeyd edilir: "bu faciənin qurbanlarının xatirəsini yad edir, Azərbaycan xalqına başsağlığı veririk". Komitə `dinc əhalinin etnik təmizlənməsini` pisləyir və Dağölıq Qarabaq da daxil olmaqla Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Çexiya Xarici İşlər Nazirliyi rəsmi bəyanatda Çexiya Parlament Komitəsinin belə qətnamənin qəbul etməsinə narazılığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB