Baş katib: “GUAM bilavasitə münaqişələrin həlli prosesində iştirak etmir”

Baş katib: “GUAM bilavasitə münaqişələrin həlli prosesində iştirak etmir”

GUAM birləşmiş platforma vasitəsilə təşkilata üzv ölkələrin ərazilərində münaqişələrin həllinə öz töhfəsini verir. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib. Onun sözlərinə görə, təşkilata üzv ölkələrin hər birinin öz formatı var və bu çərçivədə onların nizamlanması prosesi aparılır, lakin GUAM təşkilatı bilavasitə həmin proseslərdə iştirak etmir: "Təəssüflər olsun ki, GUAM-a üzv olan 4 ölkədən üçü ərazi münaqişələrindən əziyyət çəkir və Dağlıq Qarabağ münaqişəsi də belə dondurulmuş ərazi münaqişələrindən biridir. Lakin üzv dövlətlərin formalaşdırılmış və konsolidə edilmiş yaxşı mövqeyi var. Bu mövqe GUAM dövlət başçılarının birgə bəyanatında əks olunub və hamılıqla qəbul edilmiş beynəlxalq prinsiplərə söykənir. GUAM daha çox ciddi tərəfdaşlar cəlb etmək və onları öz mövqeyi ilə tanış etmək məqsədilə BMT-də beynəlxalq ictimaiyyət ilə işi davam etdirir. Hesab edirəm ki, buna görə də bizim yaxşı perspektivlərimiz var".

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə