Novruz bayramı münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında aztəminatlılarla, şəhid ailələrilə və ahıllarla görüş keçirilib. Görüşdə bayram münasibətilə sakinləri təbrik edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva onları ürəkdən təbrik edib, hər birinə ən səmimi arzu və diləklərini yetirib.
Millət vəkili söyləyib ki, Novruz bayramı özünəməxsus xüsusiyyətlərilə fərqlənir: "Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir".
Sakinlər də öz növbələrində Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra bayram münasibətilə 300-ə yaxın ailəyə pay verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB