"Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq Azərbaycanın dövlət siyasətində və bizim iş fəaliyyətimizdə mühüm yer tutur".
SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda keçirilən "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan artıq 12 ildir beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi terrorizmə qarşı ardıcıl mübarizə aparır: "Son illər həyata keçirilmiş tədbirlər nəticəsində dövlət orqanlarına, strateji obyektlərə, diplomatik nümayəndəliklərə qarşı terror hücumlarının planlaşdırılması cəhdinin qarşısı alınıb. Tərəfdaş ölkələrin hüquq mühafizə orqanları ilə müntəzəm olaraq məlumat mübadiləsi aparılır".
Nazir həmçinin qeyd edib ki, terrorçuluğun maliyyələşdirilməsində iştirak edən fondlar aşkarlanıb, onların fəaliyyətləri dayandırılıb. Bu mənbələrin zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülür.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB