Mübariz Qurbanlı: "Hesabatı baş nazir verməlidir, hər bir nazir ayrılıqda yox"

Mübariz Qurbanlı: "Hesabatı baş nazir verməlidir, hər bir nazir ayrılıqda yox"

"Baş nazir hesabat verir və deputatlar da onun ətrafında müzakirə aparırlar. Hökumətin adından hesabatı baş nazir verməlidir, hər bir nazir ayrılıqda yox". SİA-nın xəbərinə görə, hakim partiyanın təmsilçisi, deputat Mübariz Qurbanlı bəzi deputatların və nazirlərin parlament qarşısında hesabat verməsi barədə məsələyə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, nazirlərin hesabat verməsi qaydası müəyyən edilməyib: "Baş nazir hesabat verir və hökumətin üzvləri də hesabat verildiyi zaman parlamentin iclasında iştirak edirlər. Əgər müvafiq məsələ barəsində hər hansı məsələ qaldırılarsa, nazir onunla əlaqədar hesabat deyil, açıqlama verə bilər".

M.Qurbanlı hesab edir ki, həmkarları tərəfindən qaldırılan məsələlər də cavablandırılıb: "Bəzi deputatların qaldırdığı məsələlər var ki, onlar da perspektivlə bağlı təkliflər olur. Hökumət də növbəti ildə həmin məsələləri cari fəaliyyətində nəzərə alır və həmin təkliflərin yerinə yetirilib yetirilməməsi məsələlərinə aydınlıq gətirilir. Yəni qaydalar var və ona da əməl olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə