"Həmin QHT-lərə qarşı müvafiq tədbirlər görüləcək"

"Həmin QHT-lərə qarşı müvafiq tədbirlər görüləcək"

Prezident Administrasiyasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTAc-a müsahibəsində bildirib ki, hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Ancaq qeydiyyatdan keçməyən, lakin faktiki işləyən təşkilatlar da var ki, onların fəaliyyəti bir sıra suallar doğurur. Qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlılığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir. Bu məsələdə şəffaflıq yoxdur.

Bununla bağlı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb. Əli Həsənov bildirib ki, Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflaşdırılması, "Qrant haqqında" qanunun şəffaf şəkildə həyata keçirilməsi, o cümlədən alınmış qrantların xərclənməsi ilə bağlı illik hesabatların verilməsi Azərbaycan qanunvericiliyinin tələbidir: "Bu tələbi həyata həyata keçirən istənilən QHT Azərbaycanda qanunlar çərçivəsində fəaliyyət göstərə bilər. Qanunvericiliyi pozan QHT-lər, hesabat verməyən, aldığı qrantların xərclənməsini cəmiyyətdən gizlədən, o cümlədən həmin qrantları qeyri-qanuni formada reallaşdıran təşkilatlarla bağlı müvafiq qaydada ölçülər götürüləcək. Prezident Administrasiyasiyasının rəhbəri Ramiz Mehdiyev də müsahibəsində bu məsələlərə toxunub və bununla bağlı müvafiq orqanlar araşdırma aparırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə