Əli Həsənov: “MDİ-nin fəaliyyətinə araşdırmalardan sonra qiymət veriləcək”
"Bəzi mətbuat orqanlarında aksiyaların təşkil olunmasına maliyyə yardımı edilməsi haqqında gedən yazılar araşdırılacaq. Milli Demokratiya İnstitutunun fəaliyyətinə həmin araşdırmalardan sonra müvafiq qiymət veriləcək". SİA-nın verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, mətbuatda gedən hər bir məlumat araşdırılır: "Mətbuatda bəzi QHT-lərin, o cümlədən ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı yazılar gedib. Bu faktlar mövcuddur. Faktların real, həqiqətə uyğun olub-olmadığı Azərbaycan hakimiyyəti tərəfindən araşdırılacaq. Yəni biz hakimiyyət, cəmiyyət, dövlətimiz, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, QHT-lərin fəaliyyəti ilə bağlı mətbuatda yayılan hər bir məlumata diqqətlə yanaşırıq. Əgər bir məlumat mətbuatda öz əksini tapıbsa, bu, mütləq araşdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB