Əli Həsənov: “Milli maraqlarımıza uyğun gəlməyən tövsiyələri qəbul etmirik"
"Nə heç bir beynəlxalq qurum, nə də Qeyri Hökumət Təşkilatı Azərbaycana təzyiq göstərə bilməz". Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, bu istiqamətdə Azərbaycana müəyyən təzyiqlər göstərilir: "Əlbəttə, belə cəhdlər olur. Azərbaycan hakimiyyətinin yürütdüyü müstəqil siyasətə, hakimiyyətin bu və ya digər qərarlarına, Cənubi Qafqazda reallaşdırdığı transmilli layihələrə, təhlükəsizlik, enerji siyasətinə, xarici partnyorlarla ikitərəfli və çoxşaxəli münasibətlərinə qarşı müxalif və opponent mövqe nümayiş etdirən təşkilatlar var. Əlbəttə, biz Azərbaycana ünvanlanan tövsiyə, təzyiq və təsirlərə Azərbaycan xalqının, dövlətinin milli maraqları çərçivəsində yanaşırıq. Bizim milli maraqlarımızla üst-üstə düşən hər cür təklifə və tənqidə "hə" deyirik, əks halda, sadəcə olaraq qəbul etmirik və belə bir fikrimiz də yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB