“Aksiya qeyri-qanuni olduğu üçün, qarşısı alındı”

“Aksiya qeyri-qanuni olduğu üçün, qarşısı alındı”

"Bakıda keçirilən etiraz aksiyası qeyri-qanuni olduğu üçün qarşısı alınıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zannyerlə keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək lazımdır: "Qanun çərçivəsində, təyin olunmuş yerlərdə keçirilən aksiyalara heç bir müdaxilə edilmir. Lakin qanunsuz aksiyalar keçiriləcəksə, hüquq-mühafizə orqanları qanun çərçivəsində öz tədbirlərini görəcək".

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda "Facebook inqilabı" təşkil etməsi ilə bağlı iddialara münasibət bildirən xarici işlər naziri qeyd edib ki, bu məsələ araşdırılır və hər hansı nəticə olsa, ictimaiyyətə ətraflı məlumat veriləcək.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə