"Son zamanlar ölkəmizin bəzi KİV-lərində ABŞ Dövlət Departamentinin hesabatına istinadən Azərbaycan ərazisindən külli miqdarda narkotik maddələrin daşınması barədə məlumatlar təhrif olunub". Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hesabatda Azərbaycan ərazisindən 11 tonadək narkotik maddənin keçirilməsi ehtimal kimi qeyd olunub: "Lakin yerli KİV-də yayılan hesabatda bu, ehtimal yox, reallıq kimi təqdim edilib. Azərbaycan-İran sərhədinin 132 kilometri Ermənistanın nəzarətindədir. Bu nəzarətsiz qalmış ərazidən nəinki narkotik maddələr, hətta silah qaçaqmalçılığı, nüvə silahının hazırlanması ilə bağlı lazımi materiallar üçün istifadə olunur. DSX-nın məlumatına görə, nəzarətsiz qalmış ərazidən narkotik maddə və silah qaçaqmalçılığından əldə olunan vəsait terrorizmin maliyyələşməsi üçün istifadə olunur. Gələcəkdə bu ərazidən nüvə və radioaktiv komponentlərin keçirilməsinin mümkünlüyünü də istisna etmirik".
A. İbrahimov qeyd edib ki, hesabatda narkotiklərin İran sərhədindən keçirildiyi göstərilib: "Azərbaycan İranla sərhəddinin 132 km-liyinə nəzarət edə bilmir. Buna baxmayaraq, bizim İran sərhəd polisinin nümayəndələri ilə sıx əlaqələrimiz mövcuddur. Yalnız bu vasitə ilə nəzarəti təmin etməyə çalışırıq.
Bunları nəzərə alaraq deyə bilərik ki, bəzi KİV-i tərəfindən hesabatın aidiyyəti müddəaları ictimaiyyətə təhrif olunmuş formada çatdırılır. Hesab edirik ki, bu cür məlumatların yayılmasına media tərəfindən daha həssaslıqla yanaşılmalıdır.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin hesabatında narkotiklərin İran vasitəsi ilə daşındığı bildirilir. Azərbaycan tərəfinin isə Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərə nəzarət edə bilməməsindən narahatlıq ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB