Nazir: “İşğal olunmuş torpaqlarımızı gec-tez qaytaracağıq”

Nazir: “İşğal olunmuş torpaqlarımızı gec-tez qaytaracağıq”

"İnanıram ki, işğal olunmuş torpaqlarımızı gec-tez qaytaracağıq". SİA-nın verdiyi xəbərə görə, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsinə dair səslənən fikirlərə şərh edərkən deyib. Onun sözlərinə görə, hər bir ölkə öz milli maraqlarına uyğun siyasət aparır: "ATƏT-in Minsk Qrupuna həmsədr ölkələr BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, bu səbəbdən dünya siyasətində mühüm rol oynayırlar. Əlbəttə ki biz gec-tez öz torpaqlarımızı geri qaytaracağıq. Bunun üçün ilk növbədə danışıqlar aparırıq. İnanıram ki, problem gec-tez öz həllini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə