Milli Məclisin bu gün keçirilən iclasında Naxçıvanda istehsal edilən minik avtomobillərinin dövlət ehtiyacları üçün alınması təklif olunub. SİA-nın məlumatına görə, hökumətin 2012-ci ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, bu avtomobillər heç də keyfiyyətsiz deyil.
O qeyd edib ki, bu addım eyni zamanda regionlarda sənayenin inkişafına da dəstək olar: "Biz Naxçıvanı minik avtomobillərinin, Gəncəni isə yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik. Naxçıvanda istehsal edilən minik avtomobilləri ən azı orta məmurlar üçün xidməti maşın kimi alına bilər. Ola bilər, yüksək çinli məmurlar üçün o avtomobillər kifayət etməsin, amma orta səviyyəli məmurlar üçün normal maşınlardır".
O, müzakirəsi zamanı Azərbaycanda Andlılar Məhkəməsinin olmamasından narahatlığını da ifadə edib: "Bizdə də bu institut olmalıdır".
Müxtəlif ölkələrin təcrübəsini misal çəkən Q.Həsənquliyev bildirib ki, Andlılar Məhkəməsi ən azından ilkin praktika kimi regionlardan birində olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB