Azərbaycanda gedən sosial-iqtisadi inkişafı görməmək mümkün deyil. Təəssüf edirəm ki, bunu xarici qüvvələr, Azərbaycanı sevməyən ölkələrdə görür. Ancaq bəla orasındadır ki, onlar bunu görərək Azərbaycanda qarışıqlıq yaratmaq hissinə qapılırlar. Bunu SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda olan uğurlar dünyanın əksər ölkələrində yoxdur: "Xarici qüvvələrin Azərbaycanda qarışıqlıq yaratmaq istəyi ancaq ölkəmizin qüdrətini sarsıtmaq və bu qüvvələrə tabe etmək məqsədi güdür. Ona görə də maraqlı qüvvələr bu işə vəsait ayırmaqdan çəkinmirlər. Bunu ölkədə baş verən son hadisələr bir daha aydın göstərdi. Gənclərimizə müraciət etmək istəyirəm ki, gözləriniz açıq olsun, cəmiyyətdə gedən proseslərə daha da proqressiv baxın. Nöqsansız cəmiyyət yoxdur. Bu gün acınacaqlı məqamdır ki, kiçik narazılıqlardan böyük problem yaratmaq istəyirlər. Dünyanın hansı ölkəsində əsgər ölümü ilə bağlı itkilər olmur? Hansı ölkədə avto qəzalarda insanlar ölmür? Hansı bir cəmiyyətdə gənclər arasında baş verən münaqişədə gənclər ölmür? Bu gün bu kimi hadisələri hakimiyyət daha çox pisləyir. Bunun üçün müəyyən yollar axtarılır. Əsgər ölümləri kimi həsas məsələrlədən problem yaratmaq, iğtişaşlar qurmaq Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə arxadan vurulan zərbədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB