Qənirə Paşayeva: “Novruz bayramının ən gözəl şəkildə təşkil olunduğu ölkə Azərbaycandır”
Birmənalı şəkildə deyə bilərəm ki, dünyadakı bütün azərbaycanlıların ən böyük arzusu Ali Baş Komandan cənab prezident İlham Əliyevin rəhbərliyi altında ermənilərin işğalı altında qalan Azərbaycan torpaqlarının geri qaytarılması təşkil edir. Bunu SİA-ya millət vəkili Qənirə Paşayeva Novruz bayramı münasibətilə Türkiyə səfirliyində iştirakı zamanı bildirib.
Parlament üzvü inanır ki, bu bayram növbəti illərdə işğal olunmuş torqalarımızda qeyd ediləcək: "Hər bir azərbaycanlının ən böyük arzusu odur ki, gələn il bayram tonqalları işğaldan azad edəcəyimiz Qarabağımızda qalansın. Mən sizə də, özümə də gələn il Novruz bayramını işğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda keçirməyi Allahdan arzu edirəm".
Q.Paşayeva deyib ki, Novruz bayramının ən gözəl şəkildə təşkil olunduğu ölkə məhz Azərbaycandır: "Novruz yeni ilin başlanğıcı, təbiətin oyanışıdır. Bu bayram özündə gözəlliyi, dostluğu, barışığı təcəssüm etdirir. Mən dünyanın hər bir yerində yaşan azərbaycanlıları bu gözəl bayram münasibətilə təbrik edir, onlara can sağlığı, uzun ömür arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB