Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov millət vəkili Fəzail Ağamalının Azərbaycanda "Facebook" sosial şəbəkəsinin məhdudlaşdırılması ilə bağlı fikirlərinə münasibət bildirib. Xaçmazda YAP fəalları ilə keçirdiyi görüş zamanı Əli Əhmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, millət vəkili Fəzail Ağamalının sözləri fərqli başa düşülüb.
Onun sözlərinə görə, Azərbaycanda nə internet resurslarının, nə də "Facebook" sosial şəbəkəsinin qadağan olunması gündəmdə deyil. O, Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şəraitin yaradıldığını bildirib.
Məlumat üçün bildirək ki, bir müddət öncə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı sosial şəbəkədə dövlət əleyhinə fikirlərin səsləndirilməsi, kütləvi aksiyalar çağırışların olmasını əsas gətirərək "Facebook"a girişin məhdudlaşdırılması təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB