"Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun İrəvan-Van aviareysinin açılması barədə Azərbaycan mətbuatında dərc olunan məlumatlara aydınlıq gətirib". SİA-nın məlumatına görə, səfir deyib ki, Türkiyənin prezidenti, baş naziri, parlament sədri, digər məsul şəxslər məsələ ilə bağlı öz mövqelərini açıqlayırlar. Bildirilib ki, İrəvandan Türkiyəyə həyata keçirilən aviareyslər özəl şirkətlərin reallaşdırdığı bir işdir: "Mətbuatdan da bəlli olduğu kimi, bu aviareyslər ticarət məqsədlidir. Türkiyədə özəl şirkətlərin belə işlər həyata keçirməsində heç bir problem olmur".
Alper Coşqun həmçinin Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyə də münasibət bildirib. Qeyd edilib ki, dünyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini Türkiyə qədər dəstəkləyən, Ermənistanla sərhədini bağlı saxlayan ikinci ölkə yoxdur: "Türkiyənin Dağlqı Qarabağ problemi, Ermənistana münasibəti birmənalı olaraq dəyişilməz qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB